Şirkət rəsmi qeydiyyatdan 2018-ci ildə keçsə də, təsisçiləri su təmizləmə sektorunda 2004-cü ildən fəaliyyət göstərir. Şirkət hasilat, emal, istehsal müəssisələri; ticarət, xidmət obyektləri; bina, mənzil və fərdi yaşayış evləri üçün su təmizləmə həlləri təklif edir. Qlobal WABAG, Veolia, Hindistanın Lexcru şirkətinin təmsilçisi, Tayvanın Puricom, Çinin Canature, Pullner, Türkiyənin Antel, Esli, HSC və Baysu şirkətlərinin satış nümayəndəsidir. Azkond, Hilal Elektrik, Unimak, Buxar Mühəndislik, Xəzər Elektron, IRFU kimi yerli mühəndislik şirkətlərinin su həlləri üzrə tərəfdaşıdır.
Şirkətin əsas əməliyyatları Mühəndislik və Ticarət istiqamətləri üzrə bölünüb. Mühəndislik bölümü içməli, texniki, dəniz, quyu və tullantı sularının beynəlxalq standartlara uyğun layihələndirilməsi və idarə olunması üzrə zəngin bilik və təcrübəyə malik peşəkarlardan ibarətdir. Suyun detallı laboratoriya nəticələrinə əsasən hesablamalar və xarici tərəfdaşlarla məsləhətləşmələr aparılır. Nəticədə, gəlinən ortaq qənaət, sifariş parametrləri və sifarişçinin imkanları nəzərə alınmaqla ən optimal həllər təklif olunur. Mühəndislik bölməsinə həmçinin müvafiq tələblərə uyğun qurğuların istehsalı prosesi də daxildir.
Ticarət bölümü isə əsasən kiçik və orta su həcimli avadanlıqların, aksesuarların, ehtiyat hissələrinin, mineralların, kimyəvi maddələrin satışı, təchizatı və servisinin təşkili edir. Əhməd Rəcəbli küçəsində yerləşən mağaza həm pərakəndə, həm də topdansatış obyekti olaraq fəaliyyət göstərir.
- Suyun analizinin təhlili
- Ehtiyacın texniki auditi
- Mühəndis hesablamaları
- İcra planının hazırlanlığı
- Müvafiq avadanlıqlar
- Ehtiyat hissələri
- Kimyəvi maddələr
- İnsan resursları
- Layihənin tərtibi
- İşlərin bölünməsi
- İcra üçün zamanlama
- Hesabatlılıq sistemi
- Hissələrin yığılması
- Avadanlıqların testi
- Keyfiyyətə nəzarət
- Sistemin tam montajı
- Sistemin test olunması
- İdarə olunma təlimləri
- Təslim-təhvil prosesi
- Mütəmadi nəzarət
- Təcili müdaxilə
- Anbarlama
Paket modulları hazır və işlək sistemlər üçün layihə məqsədinə uyğun olaraq ayrılıqda da təqdim oluna bilər. AquaFilter özünə aid anbarlarında böyük miqdarda filter, membran, digər ehtiyat hissələri, kimyəvi maddələr və minerallar saxlayır. Lakin spesifik ehtiyaclar üzrə təchizat planlaması sifarişçi ilə birgə qabaqcadan hazırlanır və mərhələli şəkildə icra olunur.