Tullantı sularının emalı

Sənaye və məişət tullantı suları

Sənaye və məişət tullantı suları beynəlxalq və yerli standartlar çərçivəsində təmizlənərək mərkəzi tullantı xəttinə axıdılma, texniki su qismində istifadə və təkrar istifadədə normativlərinə gətirilə bilər. Müştəri tələbi və texniki şərtə istinadan AquaFilter müxtəlif həllər təklif edir:

Aerobik və anaerobik təmizləmə

Əsasən sənaye tipli tullantılarda tətbiq edilən bu tip sistemlər bir neçə beton hovuzlardan təşkil edilir. Texnoloji proses yüksək effektivliyə malikdir.

MBR sistemlər

Adətən anaerobik və ya aerobik təmizləmədən sonra tətbiq edilən membran təmizləmə texnologiyası olub həll olmamış duzların (TSS) minimal dozasını formalaşdırmaq üçün ideal həll sayılır.

SBR sistemlər (paket və ya konteyner tipli)

Bu sistemlər kompakt olub dizayn baxımından quraşdırılan sahədə sadə konteyner görünüşü təşkil edir. Aerasiya, çökdürmə və dezinfeksiya proseslərini özündə birləşdirən sistemdir.

Palçıq susuzlaşdırma həlləri

Şirkətimiz bu yönümdə yüksək effektivli və müxtəlif sahələrə uyğun müvafiq texnologiyalar təqdim edir. Belə ki, müştərinin yekun məhsula göstərdiyi nəmik faizinə görə seçə biləcəyimiz vintli press, filter press, dekantər, lentli press, baraban press və sair kimi palçıq susuzlaşdırma texnologiyalarımız mövcuddur.