Kimyəvi təmizləmə

Aktiv kömür

Struktur baxımından absorbent olan aktiv kömür su ilə təmasda suyun tərkibindəki sərbəst xlor və birləşmələrini, kükürd qalıqlarını, qoxu və rəngi özünə hopdurmaq xüsusiyyətinə malikdir. Xlorlu suların təmizlənməsinin layihələndirmə prosesində istifadəsi mühümdür.

Suyun yumşaldılması

Suyun codluğunu (ərp əmələ gətirmə xüsusiyyəti) aradan qaldırmaq üçün tətbiq edilir. Daxilindəki qatran su ilə təmasda keçdiyində ion dəyişmə prosesi başlanır və suyun tərkibində codluğu əmələ gətirən Ca²⁺ və Mg²⁺ birləşmələri reduksiya olunur. Beləliklə su ərp əmələ gətirmə xüsusiyyətini itirir. Bu filtrlər müəyyən həcm su keçirdikdən sonra duzlu su məhlulu ilə avtomatik geri yuyularaq bərpa olunur.

Ar. Fe. Mn. (Arsen, Dəmir, Manqan)

Bu filter su ilə gələn ağır metalları aradan qaldırmaq üçün nəzərdə tutulur. Bu birləşmənin suyun tərkibində normadan artıq olması içmə suyu, texniki su və yaxud növbəti filtrasiya mərhələsi üçün fəsadlıdır.

Əks-osmos sistemi

Suyun demineralizasiyası üçün tətbiq edilir. Mexaniki keçiricilik həssaslığı 0.0001 mikrondur. Suyun yüksək təzyiqlə membran təbəqəsindən süzülmə prosesinə əsaslanır. Membran təbəqəsində ərp əmələ gəlmə və nəticədə tıxanma yaranmaması üçün Antiskalant nomenklatural kimyəvi maddə dozalanaraq çalışdırılır.