Bioloji təmizləmə

UV filterlər

Su ilə gələn mikrob və bakteriyaları məhv etmək üçün nəzərdə tutulur. Kimyəvi və oksidant maddə tətbiq etmədən ultrabənövşəyi (UV) şüa vasitəsilə təhlükəli mikroorqanizmlərin yandırılması prosesidir. Mexaniki filtrasiya ilə keçirilmış sularda maksimal effektə nail olmaq mümkündür.

Xlordioksid dezinfektant (ClO₂)

Suyun tərkibində xlora qarşı güclü müqavimət göstərən bakteriya, virus və parazit mikroorqanizmlar, yosun və göbələkləri məhv etmək üçün istifadə olunur. Dad və iyinin olmaması, çöküntü verməməsi xüsusiyyətlərinə görə Xloroksid meyvə emalı, qida və içki istehsalında, heyvandarlıq, balıqçılıq, quşçuluq və əkinçilik təsərrüfatlarında, sənaye tullantı suyunun fenollardan təmizlənməsində aktiv istifadə olunur. Aşındırıcı və kanserogen xassəli deyil. Dəmir və manqanı oksidləşdirərək sudan reduksiya edə bilir.

Ozonlaşdırma

Suyun ozon qazı (O₃) ilə emalı nəzərdə tutulur. Tərkibində olan bakteriya, viruslar, manqan, hidrogen-sulfid kimi elementlərdən təmizləyir. Eyni zamanda suyun şəffaflığını artırır, xoşagəlməz dad və iyi götürür. Suyun qablaşdırılması istehsalatında aktiv istifadə olunur.