Telefon: 012 564-47-40

İş Vaxt: Bazar Ertəsi - Şənbə ~ Saat: 09:00 - 19:00

Qobustan Plaza, Əhməd Rəcəbli, 1/4

Products

KİMYƏVİ TƏMİZLƏMƏ

Məlumat:

Aktiv kömür

Struktur baxımından absorbent olan aktiv kömür su ilə təmasda suyun tərkibindəki sərbəst xlor və birləşmələrini, kükürd qalıqlarını, qoxu və rəngi özünə hopdurmaq xüsusiyyətinə malikdir. Xlorlu suların təmzilənməsinin layihələndirmə prossesində istifadəsi mühümdür.

Suyun yumşaldılması

Suyun codluğunu (ərp əmələ gətirmə xüsusiyyəti) aradan qaldırmaq üçün tədbiq edilir. Daxilindəki qətran su ilə təmasa keçdiyində ion dəyişmə prossesi başlanır və suyun tərkibində codluğu əmələ gətirən Ca2+ və Mg2+ birləşmələri reduksiya olunur. Beləliklə su ərp əmələ gətirmə xüsusiyyətini itirir. Bu filterlər müəyyən həcm su keçirdikdən sonra duzlu su məhlulu ilə avtomatik geri yuyularaq bərpa olunur. 

Ar. Fe. Mn. (Arsen, Dəmir, Manqan)

Bu filter su ilə gələn ağır metalları aradan qaldırmaq üçün nəzərdə tutulur. Bu birləşmənin suyun tərkibində normadan artıq olması içmə suyu, texniki su və yaxud növbəti filtrasiya mərhələsi üçün fəsadlıdır.

Əks-osmos sistemi

Suyun demineralizasiyası üçün tədbiq edilir. Mexaniki keçiricilik həssaslığı 0.0001 mikrondur. Suyun yüksək təzyiqlə membran təbəqəsindən süzülmə prossesinə əsaslanır. Membran təbəqəsində ərp əmələ gəlmə və nəticədə tıxanma yaranmaması üçün Antiskalant nomenklaturalı kimyəvi maddə dozlanaraq çalışdırılır.

SMM xidmeti SMM xidməti SMM agentliyi Reklam agentliyi
Icon